Aprelin 5-də Londonunu qərbində Siciliya mafiyasının başçısı Domenko Rankadore yenidən həbs edilib.
Lent.az-ın “RBK”-ya istinadən məlumatına görə, o, bir ay öncə İtaliyaya ekstradisiyadan qaçandan sonra tutulub.
İtaliya prokurorluğunu yeni orderinə əsasən, “1987-1995-ci illərdə mafiyanın törətdiyi cinayət əməllərində iştirak etdiyi üçün” 65 yaşlı Rankadore 7 il azadlıqdan məhrum edilə bilər.
Mənbə xatırladıb ki, bu ilin martında o, məhkəmə prosesini udduğundan İtaliyaya ekstradisiya olunmaqdan qaça bilmişdi.
Rankadore 1994-cü ildə Britaniyaya gedib. O, ”Siciliya olanlardan əl çəkdiyini” dəfələrlə bəyan edib.