Si Tszinpinin ABŞ-a ilk səfəri
22 sentyabr 2015 06:44 (UTC +04:00)

Si Tszinpinin ABŞ-a ilk səfəri

0

Sentyabrın 22-də Çin Xalq Respublikasının sədri Si Tszinpinin ABŞ-a ilk rəsmi səfəri başlayır.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, əvvəlcə Si Tszinpin Sietldə ABŞ-Çin münasibətləri üzrə Milli Komitənin və ABŞ-Çin işgüzar Şurasının təşkil etdiyi qəbulda çıxış edəcək.

 

Sentyabrın 23-də Çin Xalq Respublikasının sədri ABŞ-ın sabiq Ticarət naziri Henri Paulsonun təşkil etdiyi “dəyirmi masa”nın iştirakçısı olacaq, “Boeing” şirkətinin Everett şəhərindəki (Vaşinqton ştatı) müəssisinə baş çəkəcək və informasiya texnologiyalarına həsr edilmiş irimiqyaslı foruma qatılacaq. 

 

Sentyabrın 24-də Si Tszinpin Vaşinqtonda ABŞ prezidenti Barak Obama, dövlət katibi Con Kerri, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Syuzan Rays və vitse-prezident Co Baydenlə görüşəcək. Çin dövlət başçısının həmçinin ABŞ Konqresinin liderləri ilə görüşü də nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 428

Oxşar yazılar