Səyyar ASAN xidmət daha 2 rayonda xidmətə başladı
23 avqust 2015 04:33 (UTC +04:00)

Səyyar ASAN xidmət daha 2 rayonda xidmətə başladı

0

22 avqust- 5 sentyabr tarixlərində Səyyar ASAN xidmət Şabran rayonunda Şabran və Xaçmaz, Şəmkir rayonunda isə Şəmkir və Tovuz sakinlərinə səyyar formada xidmət göstərəcək. “ASAN xidmət”in informasiya təminatı şöbəsindən APA-ya verilən xəbərə görə,

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi  tərəfindən təqdim olunur.

 

Bu xidmətlərə aşağıdakılar daxildir:

 

•         Notariat fəaliyyəti;

•         Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

•         Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

•         Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

•         Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

•         Əmək pensiyalarının təyin edilməsi;

•         Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

•         Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

•         Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar