Pakistanda qadını daşa basaraq öldürüblər.
Lent.az-ın “AzadlıqRadiosu”-na istinadən məlumatına görə, polis və vəkil bildirib ki, qadını daşa basan onun qohumlarından ibarət təxminən 20 nəfərlik dəstə olub. Onların arasında qadının atasının da olduğu deyilir.
Həmin adamlar mayın 27-də Lahor şəhərinin ali məhkəməsi qarşısında qadını və ərini daşa basıblar.
Buna səbəb 25 yaşı olan qadının öz xalası oğluna nişanlanmasına baxmayaraq, başqa adama ərə getməsidir.
Bundan sonra qızın atası həmin adamı qızı qaçırtma, oğurlama iddiası ilə məhkəməyə verib.
Polis gələndə qadını daşa basanların hamısı qaçaraq, hadisə yerindən uzuqlaşıb, yalnız onun atası qalıb.
Pakistanın insan haqları qruplarının məlumatına görə, Pakistanda hər il minə yaxın qadın daş-qalaq edilərək, öldürülür.