Sevastopolda Ukrayna yunan-katolik kilsəsinin keşişi Nikolay Kviçi naməlum şəxslər oğrulayıb.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, o, naməlum yerə aparılıb. Mənbə bildirib ki, keşiş ibadət zamanı qaçırılıb.
Məlumatı kilsəyə gedənlər də təsdiqləyib.
«Unian.net» bildirib ki, 2014-cü ilin martında keşiş dəfələrlə hədələnib və ondan Sevastopolu tərk etməsi tələb edilib.