Seul və Pekindən Yaponiya etiraz
13 aprel 2014 02:27 (UTC +04:00)

Seul və Pekindən Yaponiya etiraz

0

Yaponiyanın daxili işlər naziri Esitaki Sindonun müharibə veteranlarına həsr edilən Yasukuni xatirə kompleksini ziyarət etməsi Çin və Cənubi Koreya tərəfindən diplomatik etirazla qarşılanıb.

 

Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, Çinin Xarici İşlər Nazirliyi bildirib ki, Esitaki Sindonun ziyarəti Tokionun “tarixə yanlış yanaşmasının nəticəsidir”.

 

Cənubi Koreya hakimiyyəti isə səfərinə görə naziri “geri qalmış” adlandırıb.

 

Mənbə xatırladıb ki, Esitaki Sindo müharibə zamanı həlak olmuş 2,5 milyona yaxın yapon kişisi, qadını və uşağının məzarlığını ziyarət edib. Etirazçılar hesab edir ki, orada İkinci Dünya Savaşının caniləri də dəfn olunub.

 

Məlumata əsasən Sindonun atası müharibə zamanı Yapon Silahlı Qüvvələrində zabit kimi xidmət edib.

 

Cənubi Koreya və Çin tərəfi naziri Tokionun ikinci dünya savaşı zamanı etdiyi “təcavüzün simvolu” kimi təqdim edib. Onda Yaponiya Koreya yarımadası və Çin ərazisinin bir hissəsini işğal etmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 708

Oxşar yazılar