Səudiyyə Ərəbistanında Ali Məsləhət Şurası krallığın Təhsil Nazirliyinə dövlət məktəblərində qızlar üçün bədən tərbiyəsi dərsləri ilə bağlı qadağaya yenidən baxılmasını təklif edib.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, bununla yanaşı Şura israr edib ki, məktəblilər istisnasız olaraq, şəriət normalarına uyğun idman paltarları geyinməlidir.
Məsləhət şurası parlament deyil, onun üzvləri kral tərəfindən təyin edilir. Bu yeganə qurumdur ki, orada krallığın aktual problemləri aşkar şəkildə müzakirə olunur.
Şuranın qərarı qanun sayılmasa da, qadınların haqlarının genişləndirilməsi cəhdi kimi krallığın təşəbbüsü müsbət qarşılanır.
Səudiyyə Ərəbistanı dünyada yeganə ölkədir ki, qadınların avtomobil sürməsi yasaqdır. Küçə və ictimai yerlərdə onlar yalnız qardaşları, ataları və ya həyat yoldaşları ilə görünə bilər. Londonda keçirilən 2012-ci il yay olimpiya oyunlarında krallığı ilk dəfə olaraq, qadın idmançı təmsil edib.
Şura öz təklifini qızların artıq çəkiyə qarşı mübarizə aparması ilə əsaslandırıb.
Özəl məktəblərdə bədən tərbiyəsinə 2013-cü ildə icazə verilib. Bu dərsi yalnız qadın müəllimlərə tədris edə bilər.
Şuranın təşəbbüsünə qarşı mühafizəkar din xadimi Abdulla əl-Davud çıxış edib: “Bu, qızlarımızın fahişə olması və qadınlarımızın ərlərinə vəfasızlığı ilə nəticələnək”.
Din xadimləri bildirib ki, əgər İdman Nazirliyi bu təklifi təsdiqləsə, o zaman onlar dini qurumlardan kütləvi istefa verəcəklər.