Səudiyyə Ərəbistanın televiziyası bir sıra dövlət binasına basqın planlaşdıran qiyamçı qrupun ifşa olunduğu haqda xəbər yayıb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, 62 nəfər həbs edilib.
Krallığın Daxili İşlər Nazirliyi bildirib ki, saxlanılanlar Yəmən və Suriyadakı “ekstremistlərlə əlaqədə şübhəli” bilinir.
Mənbə xatırladıb ki, rəsmi Ər-Riyad səudiyyə vətəndaşlarının Suriyada vətəndaş savaşında iştirakından rahatsızdır.
Səudiyyə Ərəbistanı bu yaxınlarda “əl-Qaidə” qruplaşması ilə əlaqəsi olan təşkilatları, o cümlədən “İraq İslam dövləti və Levante”-ni terrorçu olduğunu etiraf edib.