Səudiyyə Ərəbistanı Rusiyanın həmvətənlərini təxliyə etmək üçün göndərdiyi təyyarəni Yəmən ərazisinə buraxmayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Əl Mayadin telekanalı məlumat yayıb.
Məlumata görə, məsələnin əvvəldən razılaşdırılmasına baxmayaraq, Səudiyyə Ərəbistanı təyyarəyə eniş etməyə icazə verməyib.
Hazırda təyyarə Qahirə aeroportundadır və rusiyalıların Yəməndən təxliyə olunması üçün əlverişli şəraitin yaranacağını gözləyir.
Bundan əvvəl Rusiya XİN ölkə vətəndaşlarına Yəmənə səfər etməməyi tövsiyə edib.