Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil əl Cübeyr ölkəsinin neftin qiyməti ilə manipulyasiya etməsinə dair ittihamları rədd edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Adil əl Cübeyr neftin qiymətinin bazar tərəfindən müəyyən edildiyini vurğulayaraq, qiymətin aşağı düşməsini bir sıra ölkədə hasilat həcmlərinin həddindən artıq artırılması və tələbatın azaldılması ilə əlaqələndirib.
“Bazar ilə daim manipulyasiya etmək olmaz. Bazar amillərinin işlənməsinə imkan yaradılmalıdır. Bazarı manipulyasiya etməyə cəhd edənlərə bu gec-tez çox baha başa gəlir”, deyə nazir qeyd edib.
Qeyd edək ki, OPEK-in neft “səbəti”nin qiyməti (OPEC Reference Basket of crudes) yanvarın 18-də 1,16 dollar aşağı düşərək 2003-cü il aprelin 28-də qeydə alınan səviyyədə - 23,56 dollar səviyyəsində müəyyənləşib.