Səudiyyə Ərəbistanında məsciddə 5 nəfər güllələndi - <span style="color:red;">YENİLƏNİB
17 oktyabr 2015 03:30 (UTC +04:00)

Səudiyyə Ərəbistanında məsciddə 5 nəfər güllələndi - YENİLƏNİB

0

İŞİD terror qruplaşması Səudiyyə Ərəbistanında baş verən qanlı insidentə görə məsuliyyəti öz üzərinə götürüb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Sayhat şəhərində qeydə alınıb.

 

Terrorçu dindarlara Kalaşnikov avtomatından atəş açıb.

 

Qeyd olunur ki, insident dini mərkəzin önündəki buraxılış məntəqəsində baş verib. Polis hücumda iştirakda şübhəli bilinən 2 nəfəri həbs edib.

 

***

 

Səudiyyə Ərəbistanının şərqində şiə məscidində açılan atəş nəticəsində 5 nəfər ölüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

 

Sənədlərinin yoxlanılması üçün saxlanılan təxminən 20 yaşlı gənc qəflətən atəş açıb. Onun dərhal asayiş keşikçiləri tərəfindən öldürüldüyü bildirilir.  Cinayətin motivi hələ ki, məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 478

Oxşar yazılar