Səudiyyə Ərəbistanının Hərbi-Hava Qüvvələri Yəmənin Məarib şəhərindəki hərbi hissələrə və elektrik enerjisi obyektlərinə hava zərbələri endirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Əl Mayədin telekanalı məlumat yayıb.
Məlumata görə, hava hücumu nəticəsində şəhər ərazisindəki Heylan yüksəkliyində quraşdırılmış telefon və mobil rabitə qüllələri sıradan çıxıb.
Bundan başqa, Səudiyyə Ərəbistanı ilə həmsərhəd Saada şəhərində “Əl Talix” və “Dahiyan” iri ərzaq bazarları bombardman edilib.
Hava hücumu nəticəsində paytaxt Sana ətrafındakı qaz təchizatı stansiyası və elektrik enerjisi obyektləri sıradan çıxıb, nəticədə paytaxt da daxil olmaqla bir neçə ətraf əyalətlərdə elektrik enerjisinin verilişi dayandırılıb.