Səudiyyə Ərəbistanı Suriyaya ordu göndərmək istəyir
05 fevral 2016 03:38 (UTC +04:00)

Səudiyyə Ərəbistanı Suriyaya ordu göndərmək istəyir

0

Səudiyyə Ərəbistanı İŞİD-ə qarşı quru əməliyyatda iştirak etmək üçün Suriyaya qoşun göndərməyə hazırdır.  APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

 

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi  müvafiq suala cavabında Səudiyyə Ərəbistanının təklifi barədə məlumatsız olduğunu bildirib. Kirbi əlavə edib ki, koalisiya, ümumiyyətlə, tərəfdaşların İŞİD-ə qarşı mübarizəsini dəstəkləyir: “Mən bu məlumata şərh vermək istəməzdim,  onu nəzərdən keçirməyə hələlik imkanımız olmayıb”.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 432

Oxşar yazılar