İyulun 7-d Səudiyyə Ərəbistanı sərhədçiləri krallığın ərazisinin İraqdan atəşə tutulduğunu bildiriblər.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, bu haqda “Frans press” xəbər yayıb.
“Üç mərmi krallığını şimal rayonuna, yaşayış məntəqəsinə düşüb. Xəsarət alan olmayıb” -deyə, Səudiyyə Ərəbistanının sərhəd xidmətinin təmsilçisi bildirib.
Onun sözlərinə görə, hadisə İraqla həmsərhəd Arər şəhəri yaxınlığında baş verib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı ötən həftə İraqla sərhədə 30 min hərbçi toplayıb.
Hazırda mərmilərin kimə məxsus olduğu aydınlaşdırılır.