Səudiyyə Ərəbistanı İranın Yəməndəki səfirliyini bombaladı
07 yanvar 2016 16:20 (UTC +04:00)

Səudiyyə Ərəbistanı İranın Yəməndəki səfirliyini bombaladı

 

 

İran hökuməti Səudiyyə Ərəbistanını Yəmənin paytaxtı Sana şəhərindəki İran səfirliyinin binasını bombalamaqda ittiham edib.

 

APA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi İranın rəsmi xəbər kanalı İRİB-ə istinadən məlumat yayıb. Hadisənin bu gün baş verdiyi bildirilir.

 

Səudiyyə aviasiyasının zərbələri nəticəsində İran səfirliyinin mühafizə xidmətinin bir neçə əməkdaşı yaralanıb. “Səudiyyə Ərəbistanı səfirlik binasına vurulan zərərə və bir neçə əməkdaşın xəsarət almasına görə məsuliyyət daşıyır”, - deyə İran XİN-in rəsmi nümayəndəsi Hüseyn Baber Ənsari bildirib.

 

Bu gün Yəməndə həyata keçirilən bombardmanı yerli sakinlər 9 aydır davam edən münaqişədə ən güclü bombardman kimi qiymətləndiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178
avatar

Oxşar yazılar