Səudiyyə Ərəbistanı gələn aydan öz müştəriləri üçün nefti ucuzlaşdır
04 sentyabr 2015 00:40 (UTC +04:00)

Səudiyyə Ərəbistanı gələn aydan öz müştəriləri üçün nefti ucuzlaşdır

Səudiyyə Ərəbistanı oktyabrda ABŞ və Şimal-Qərb Avropadakı müştəriləri üçün neftin qiymətini aşağı salmaq niyyətindədir. APA-nın məlumatına görə, bu barədə “Bloomberg” Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət şirkətinə istinadən xəbər verir.

 

Məlumata görə, Səudiyyə Ərəbistanının nefti ABŞ və Avropadakı müştəriləri üçün sentyabrdakı qiymətlərlə müqayisədə bir barelə görə 0,5–0,9 dollar ucuzlaşacaq. Ən çox “ağır neft”in ucuzlaşacağı bildirilir. Oktyabrdan başlayaraq onun qiyməti Brent markalı neftin orta qiymətindən 7,35 dollar aşağı salınacaq.

 

ABŞ-dakı müştərilər  Light və  Heavy markalı neftin bir barelini 0,6 dollar aşağı qiymətlə əldə edəcək. Oktyabrda “yüngül” neftin bir barelinin qiyməti ASCI indeksindən 0,95 dollar yuxarı, “ağır” neftin bir bareli isə - indeksdən 0,95 dollar aşağı olacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249
avatar

Oxşar yazılar