Sergey Lavrov atəşin dayandırılmasından danışdı
27 avqust 2014 20:39 (UTC +04:00)

Sergey Lavrov atəşin dayandırılmasından danışdı

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya XİN başçısı Sergey Lavrov deyib.

 

“Hazırda əsas məsələ atəşin dayandırılmasıdır. Və Ukrayna tərəfi özünün Cenevrədə 17 aprel razılaşmasında öhdəsinə götürdüyü kimi bütün Ukrayna regionlarını ümummilli dialoqa dəvət etməlidir”.

 

O, Ukrayna üzrə ATƏT-in təmas qrupunun fəaliyyətini bərpa etməsinin vacibliyini qeyd edib: “Minsk təmas qrupunun görüşləri üçün münasib yerdir. Luqansk və Donetskdə atışmalar gedir. Danışıqları Minskdə davam etdirmək olar”.

 

S.Lavrov əlavə edib ki, Rusiya Qərblə qarşıdurmada və sanksiyalar məsələsinin uzanmasında maraqlı deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1146
avatar

Oxşar yazılar