Serbiyalı keşişlər: “Balkanlardakı daşqına bais saqqalı qadındır”
24 may 2014 07:46 (UTC +04:00)

Serbiyalı keşişlər: “Balkanlardakı daşqına bais saqqalı qadındır”

Serbiyanın dini liderləri “Avroviziya-2014” mahnı yarışmasının qalibi, avstriyalı Tomas Noyvirti, saqqalı qadın obrazında çıxış edən Konçita Vurstu ittiham ediblər.

 

Lent.az-ın “RİA Novosti” -yə istinadən məlumatına görə, onlar bildirib ki, Balkan ölkələrindəki daşqınlar nəticəsində baş verən dağıntıların günahkarı “saqqalı qadındır”.

 

Bəzi dini liderlər Vursta qarşı irəli sürdükləri ittihamda bildirib ki, baş verən sel nəticəsində azı 33 nəfər həyatını itirib: “Avstraliyalının qələbəsinə görə Allah bizlərə belə cəza göndərib”.

 

Şərqi Serbiyanın dini lideri, patriarx İriney deyib: “Daşqınlar Allahın cəzasıdır, O, bu yolla Serbiyanın günahlarını yuyur”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1236
avatar

Oxşar yazılar