“Serbiya Ukraynanın ərazi bütövlüyü ideyasını dəstəkləsə də, Rusiyaya qarşı sanksiyaların tətbiq etməyəcək”. Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, ölkənin baş naziri Aleksandr Vuçiç Fransanın hökumət başçısı Manüel Valsla görüşdən sonra bu bəyanatla çıxış edib.
“Biz tərəfsiz deyilik. Biz israrla Ukraynanın ərazi bütövlüyü ideyasını dəstəkləyirik və bu amilə böyük önəm veririk. Avropa Birliyi ilə bu məsələyə yanaşmamızda yeganə fərq Rusiya qarşı sanksiyaları dəstəkləməməyimizdir ”- deyə, Vuçiç bildirib.