Separatçıların “müdafiə naziri” həbs edilib
07 may 2014 22:07 (UTC +04:00)

Separatçıların “müdafiə naziri” həbs edilib

Özünü “Donetsk Xalq Respublikası” adlandıran qurumun “müdafiə naziri” İqor Kakidzayanov həbs edilib.

 

Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, bu haqda Ukraynanın müvəqqəti daxili işlər naziri Arsen Avakov bildirib.

 

“Bu gün aparılan xüsusi əməliyyat nəticəsində Mariupoledə vəziyyət nəzarətə götürülüb. Paralel olaraq, İqor Kakidzayanov həbs olunub. O, qətldə və başqa bu sayaq ağır cinayətlərdə suçlu bilinir ”- deyə, müvəqqəti nazir vurğulayıb.

 

Ukraynanın baş naziri Arseni Yatsenyuk isə qeyd edib ki, separatçı hərəkatın cinayət törətməyən bütün fəalları əfv oluna bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 961
avatar

Oxşar yazılar