Separatçılar Ukrayna təyyarəsini vurdular - YENİLƏNİB
14 iyun 2014 10:47 (UTC +04:00)

Separatçılar Ukrayna təyyarəsini vurdular - YENİLƏNİB

0

Ukrayna qoşunlarına məxsus İl-76 hərbi nəqliyyat təyyarəsi Luqanskda separatçılar tərəfindən vurulub.

 

APA-nın məlumatına görə, Ukrayna Müdafiə Nazirliyindən bildirilib ki, terrorçular təyyarəni iyunun 14-də gecə Luqansk aerodromuna eniş edərkən zenit qurğusundan və iriçaplı pulemyotdan açdıqları atəşlə vurublar.

 

“Təyyarənin göyərtəsində hərbçilər, texniklər, sursat və ərzaq olub. İl-76 şəxsi heyəti rotasiya məqsədilə Luqanska gətirib”, - deyə Ukrayna MN-in açıqlamasında bildirilir. 

 

Nazirliyin rəhbərliyi həlak olanların yaxınlarına və doğmalarına başsağlığı verib. Həlak olanların dəqiq sayı məlum deyil.

 

CNN isə öz mənbələrinə istinadən təyyarənin göyərtəsində 49 nəfərin olduğu barədə məlumat yayıb. Onların 25-ci aeromobil briqadanın desantçıları və ekipaj üzvləri olduqları bildirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1247

Oxşar yazılar