Separatçılar Rusiyadan dəstək aldıqlarını etiraf etdilər
16 avqust 2014 14:56 (UTC +04:00)

Separatçılar Rusiyadan dəstək aldıqlarını etiraf etdilər

Separatçı “Donetsk Xalq Respublikası”nın yeni rəhbəri Aleksandr Zaxarçenko Rusiyadan böyük həcmdə dəstək aldıqlarını etiraf edib.

 

APA-nın “Exo Moskva”ya istinadən verdiyi məlumata görə, Zaxarçenko separatçı qruplaşmanın sıralarının 4 ay ərzində Rusiyada təlim keçmiş 1200 nəfərlik şəxsi heyət, tank və zirehli maşınlarla gücləndirildiyini bildirib.

 

Onun sözlərinə görə, ehtiyac qüvvələr ən çətin zamanda çatdırılıb.

 

“1200 nəfərlik şəxsi heyət dörd ay Rusiya Federasiyasının ərazisində təlim keçib. Bundan başqa, bizə 30 tank və 120 zirehli maşın da göndərilib”, - deyə A. Zaxarçenko bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1237
avatar

Oxşar yazılar