Separatçılar 48 dinc sakini qətlə yetirdi
24 dekabr 2014 03:46 (UTC +04:00)

Separatçılar 48 dinc sakini qətlə yetirdi

0

Hindistanın şimal-şərqindəki Assam ştatında “Bodolend Milli-Demokratik Cəbhəsi” (BMDC) separatçı qruplaşmasının silahlılarının hücumları nəticəsində azı 48 nəfər ölüb.  

 

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, BMDC silahlıları ştatın 5 müxtəlif rayonunda dinc sakinlərə hücumlar törədiblər. Öldürülənlərin hamısı yerli qəbilə icmalarının üzvü olub. Onların arasında çoxlu sayda qadın və uşaqların olduğu bildirilir.  

 

Polis silahlıların hücumu intiqam məqsədi ilə törətdiyini bildirilir. Belə Hindistan təhlükəsizlik qüvvələri bu bölgədə xüsusi əməliyyat həyata keçirir.  

 

Qeyd edək  ki Hindistanın şimal-şərqindəki Assam  ştatında bir neçə separatçı qruplaşma fəaliyyət göstərir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 315

Oxşar yazılar