Separatçılar əsir götürdükləri daha 21 ukraynalı hərbçini azad ediblər. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Dnepropetrovsk vilayət dövlət administrasiyasının sədrinin müavini Boris Filatov bildirib.
“Beşi zabit olmaqla, daha 21 hərbçi azad edilib”, deyə o bildirib. Az sonra o azad edilən hərbçilərin adlarını “Facebook” səhifəsində dərc edib.
“İnterfaks”ın isə verdiyi xəbərə görə, “Donetsk Xalq Respublikası” separatçı qurum və Kiyev arasında əsirlərin mübadiləsi baş tutub. “Biz 31 silahdaşımızın müqabilində Kiyev tərəfinə 36 hərbçi verdik. Kiyev tərəfi sabah daha 5 tərəfdaşımızı qaytarılacağını vəd edib”, deyə “DXR” nümayəndəsi bildirib.