ABŞ-da nüfuzlu senatorları - Karl Levin, Con Mak Keyn və Bob Korker Rusiyanın “Gazprom” neft-qaz şirkətinə sanksiya qoyulmasını təklif ediblər
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onlar Rusiya prezidenti Vladimir Putini Ukrayna böhranının həlli üçün addımlar atmamaqda suçlayıb və ABŞ hökumətini daha sərt addımlara çağırıblar.
“Gazprom” dövlət şirkətidir. Bu qurum Rusiya dövlətinin daha çox gəlir gətirən müəssisələrindəndir.
Bundan başqa Ukrayna “Gazprom”u qazdan siyasi təzyiq vasitəsilə kimi istifadə etməkdə günahlandırılıb.
ABŞ indiyəcən Rusiyaya əsasən ayrı-ayrı məmurları hədəfləyən sanksiyalar qoyub.