Vermont ştatından olan müstəqil senator Berni Sanders Demokrat partiyasından ABŞ prezidenti postuna namizədliyini irəli sürəcək.
APA-nın məlumatına görə, bu barədə “USA Today” qəzeti yazıb.
“Əminəm ki, seçicilər əsaslı irəliləyişin tərəfdarıdırlar. Hökumət milyarderlərə yox, sıravi vətəndaşlar üçün çalışmalıdır”, deyə B.Sanders bildirib.
Qeyd olunur ki, 73 yaşlı siyasətçi Senatda liberal mülahizələri ilə tanınır. Özünü sosialist adlandıran Berni Sanders iki dəfə ABŞ Senatına seçilib.