Selfi çubuğuna düşən ildırım bir nəfərin ölümünə səbəb olub. Lent.az-ın vesti.ru-ya istinadən məlumatına görə, Britaniya sakini pis hava şəraiti zamanı selfi çəkərkən dünyasını dəyişib. 5 iyulda Uels dağlarında gəzən kişi burada şəkil çəkdirmək istəyib. Bədbəxtlikdən ildırım selfi çubuğuna düşüb.
Dağın zirvəsində bir neçə turistin leysan zamanı şəkil çəkdirdiklərini hadisə yerində olan şahidlər də təsdiq ediblər.
Keçən həftəsonu ildırım Brekon Bikons parkında daha 4 nəfərə zərər verib. Nəticədə iki nəfər dünyasını dəyişib. Yaralılardan biri ildırım vurmasından ciddi yanıb və xəstəxanadadır. Digərinin isə zədələri ağır olmadığından onu xəstəxanadan buraxıblar.