Türkiyədə bir qız selfi çəkdirərkən çaya düşüb.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, Ədirnədə Meriç körpüsündə yerləşən çayxanada 23 yaşlı Neslihan.A selfi çəkdirmək istəyərkən körpüdən yıxılaraq çaya düşüb.
Çay kənarında velosipedilə gəzən belçikalı turist çaya baş vuraraq qızın həyatını xilas edib.
Çaydan çıxarılan qız Ədirnə dövlət xəstəxanasına aparılıb. Qızın suda üzə bilmədiyi məlum olub.
23 yaşlı qızın vəziyyəti hazırda yaxşıdır.