Səddamın qızının vəkilindən təkzib
15 iyun 2014 05:12 (UTC +04:00)

Səddamın qızının vəkilindən təkzib

0

İraqın devrilmiş prezidenti Səddam Hüseynin qızı Ragadın vəkili Nəbil əl-Hereş Anadolu Agentliyinə müsahibəsində müvəkkilinin “son günlər İraqda baş verənlərlə bağlı mətbuata açıqlama vermədiyini” söyləyib.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, vəkil deyib ki, müvəkkili fərqli yerlərdə məsələyə ola bilsin münasibət bildirib, ancaq İordaniya hakimiyyəti ilə əldə edilən razılaşmanın prinsiplərinə əməl edərək, Ragad mətbuata heç bir açıqlama verməyib.

 

Xatırladaq ki, ötən gün İraqın keçmiş prezidenti Səddam Hüseynin qızı Ragad Londonda ərəb dilində çıxan “əl-Qüds əl - Ərəbi” qəzetinə müsahibə verdiyi haqda xəbər yayılmışdı. 

 

Orda bildirilirdi ki, “İraq Şam İslam Dövləti” silahlı təşkilatı, habelə bəzi tayfa güclərinin Mosul və başqa yaşayış məntəqələrində idarəetməni ələ keçirməsi ilə bağlı baş verənlərə toxunan Ragad deyib: “Əmim İzzət (İbrahim əl-Duri - Səddam Hüsenynin köməkçisi olub -red.) və qəhrəman döyüşçülərin əldə etdiyi zəfərdən çox məmnunam”.

 

O, siyasi fəaliyyət göstərmədiyini vurğulayaraq, bildirib: “İllərdir ayrıldığım İraqa bir gün dönəcək və atam Səddam Hüseynə “Fatihə” oxuyacağam”.

 

Ragadın qızı, Səddam Hüsenynin nəvəsi Hərir də son günlər İraqda baş verənlərdən məmnuniyyət duyduğunu, özəlliklə Tikritin (bu şəhər S.Hüseynin doğulduğu şəhərdir) yaraqlılar tərəfindən ələ keçirilməsindən çox sevindiyini söyləyib.

 

Qeyd edək ki,  Səddam Hüseyn hakimiyyəti devrildikdən sonra hazırda İordaniyada yaşayan Ragad “axtarışda olanlar siyahısı”nda idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1235

Oxşar yazılar