Səddam Hüseynin qızı İraqda baş verənlərdən danışıb
13 iyun 2014 20:22 (UTC +04:00)

Səddam Hüseynin qızı İraqda baş verənlərdən danışıb

0

İraqın keçmiş prezidenti Səddam Hüseynin qızı Ragad Londonda ərəb dilində çıxan “əl-Qüds əl - Ərəbi” qəzetinə müsahibə verib.

 

Lent.az-ın “Anadolu” agentliyinə istinadən məlumatına görə, o, İraqda baş verənləri yaxından izlədiyini söyləyib.

 

“İraq Şam İslam Dövləti” silahlı təşkilatı və bəzi tayfa güclərinin Mosul və başqa yaşayış məntəqələrində idarəetməni ələ keçirməsi ilə bağlı çaş verənlərə toxunan Ragad deyib: “Əmim İzzət (İbrahim əl-Duri - Səddam Hüsenynin köməkçisi olub -red.) və qəhrəman döyüşçülərin əldə etdiyi zəfərdən çox məmnunam”.

 

O, siyasi fəaliyyət göstərmədiyini vurğulayaraq, bildirib: “İllərdir ayrıldığım İraqa bir gün dönəcək və atam Səddam Hüseynə “Fatihə” oxuyacağam”.

 

Ragadın qızı, Səddam Hüsenynin nəvəsi Hərir də son günlər İraqda baş verənlərdən məmnuniyyət duyduğunu, özəlliklə Tikritin (bu şəhər S.Hüseynin doğulduğu şəhərdir) yaraqlılar tərəfindən ələ keçirilməsindən çox sevindiyini söyləyib.

 

Xatırladaq ki, Səddam Hüseyn hakimiyyəti devrildikdən sonra hazırda İordaniyada yaşayan Ragad “axtarışda olanlar siyahısı”nda idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2433

Oxşar yazılar