İraqın öldürülən prezidenti Səddam Hüseyn edam edilərkən istifadə edilən kəndir hərraca çıxarılıb.
Lent.az-ın ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, hazırda bu kəndirin 7 milyon qiyməti var.
7 milyonu İraqın Milli Təhlükəsizlik müşavri Mutaffak əl Rubayi təklif edib. Məhz əl Rubayi Səddamı edam yerinə aparıb.
The Daily Mail-in yazdığına görə, kəndirin alınması üstündə əməlli-başlı "müharibə" gedir. Auksionda 2 küveytli biznesmen, İsraildan varlı ailə və İran dini təşkilatının nümayəndəsi iştirak edir.
Qeyd edək ki, Səddam Hüseyn 2003-cü ilin aprelində ABŞ ordusunun hücumları nəticəsində devrilib. Səddam isə dekabr ayına qədər gizlənə bilmişdi. 2006-cı ildə o, insanlığa qarşı cinayət törətməkdə təqsirli bilinərək 30 dekabr 2006-cı ildə edam edilib.