Şaxtadakı qəzanın səbəbi bu gün açıqlanacaq
12 aprel 2014 06:48 (UTC +04:00)

Şaxtadakı qəzanın səbəbi bu gün açıqlanacaq

Ukraynanın Donetsk vilayətində Skoçinsk şaxtasında baş verən qəzanın səbəbi aprelin 12-də açıqlana bilər.

 

Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, Ukraynanın energetika və daş kömür sənayesi naziri Yuri Prodan deyib: “Hazırda komissiya işləyir. İlkin ehtimala əsasən qəza texniki təhlükəsizlik qaydalarının pozulması ucbatından baş verib. Şaxtaçılar hadisə baş verən yerdə olmamalı idi”.

 

Qəza nəticəsində 7 şaxtaçı həlak olub, 9-u xəstəxanaya yerləşdirilib. Hadisə zaman 52 işçi 1,3 min metr dərinlikdə yerləşən şaxtada olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412
avatar

Oxşar yazılar