Çinin Urumçi dairəsindəki Midun şəhəri yaxınlığında yerləşən daş kömürü mədənində qəza baş verib, nəticədə azı 20 fəhlə yerin altında qalıb.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, insident ötən gün 22.30 radələrində baş verib. Qəzanın təfərrüatları və səbəbləri hələlik açıqlanmır.
Agentliyin məlumatına görə, insident nəticəsində ölən və yaralananlar var, lakin onların dəqiq sayı açıqlanmır.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.