Banqladeş məhkəməsi 3 nəfəri 10 il azadlıqdan məhrum edib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, onlar parasetamolun saxta siropunu hazırlamaqda təqsirli bilinib. 20 il öncə bu “dərmandan” 70-ə yaxın uşaq ölüb.
Araşdırma nəticəsində məlum olub ki, “Adflame Pharmaceuticals” şirkətinin başçısı Helena Paşa və iki menecer siropun tərkibindəki maddəni ucuz dəri boyası ilə əvəzləyiblər.
Bu cinayət işi açılan çoxsaylı saxta dərmanla bağlı işlərdən birincisidir
Prokuroru bildirib ki, bu hadisə başqa məhkəmələrə ləyaqətli olmaları üçün örnəkdir.
Şirkətin vəkilləri şikayət etmək niyyətindədirlər.