Fransanın sabiq prezidenti Nikola Sarkozinin oğlu Pyer Dağıstanda anadan olmuş model Aminat Mirzəxanova ilə görüşür.
Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, məlumatı Avstriya KİV-i yayıb.
Məlumata görə, 31 yaşlı Pyerlə 20 yaşlı Aminat arasında münasibətlər “Ritz Carlton” otelindəki tədbirdəki görüşdən sonra başlayıb.
"Onun fransız şarmı dərhal xoşuma gəldi", - model bildirib.
Aminat Mirzəxanova onu da deyib ki, münasibətlərinin necə inkişaf edəcəyini hələ bilmir.