Fransanın keçmiş prezidenti Nikolya Sarkozi ona qarşı irəli sürülən korrupsiya ittihamı ilə bağlı açıqlama verib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, o, yerli “TF1” telekanalına müsahibəsində deyib: “Vəziyyət olduqca ciddidir. Mən Fransa xalqına demək istəyirəm ki, məhkəmə sistemi siyasi məqsədlə üçün istismar olunur. Mən hamıya bəyan edirəm – heç vaxt onları satmamışam, Respublika prinsiplərinə və qanunlara qarşı heç vaxt fəaliyyət göstərməmişəm”.
Keçmiş prezident baş verənləri “siyasi sifariş” adlandırıb.
O, son olayların onun nüfuzdan salınmasına yönəldiyini söyləyib.
Xatırladaq ki, Sarkozi prezident seçkisi kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı polisdə 15 saat sorğu-sual edilib.