Sarkisyan Ərdoğanın dəvətini rədd etdi
16 yanvar 2015 22:32 (UTC +04:00)

Sarkisyan Ərdoğanın dəvətini rədd etdi

0

Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 24-də Çanaqqala qələbəsinin 100 illiyinin qeyd edilməsi münasibətilə təşkil olunacaq bayram tədbirlərində iştirak etməklə bağlı dəvətini rədd edib.

 

APA-nın “Novosti Armeniya”-ya istinadən verdiyi məlumata görə, bu barədə S.Sarkisyanın mətbuat xidməti məlumat yayıb.

 

Yanvarın 15-də Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında Çanaqqala döyüşündə qazanılmış qələbənin 100 illiyinin qeyd ediləcəyini bildirmişdi. Bununla bağlı, aprelin 24-də Türkiyəyə bir sıra ölkələrin dövlət başçıları dəvət ediləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 313

Oxşar yazılar