Sarkisyan: Suriyadan Ermənistana  16 min erməni gəlib
26 sentyabr 2015 20:25 (UTC +04:00)

Sarkisyan: Suriyadan Ermənistana 16 min erməni gəlib

0

Ermənistan prezidenti Serj Sarkisyan İrəvanın Suriyadakı vəziyyətdən narahat olduğunu bildirib.   

 

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə o qondarma “erməni soyqırımı”nın ildönümü  ilə bağlı tədbirlərin əlaqələndirilməsi üzrə dövlət komitəsinin iclasında bildirib.  

 

“Biz Suriyada davam edən toqquşmalardan və günbəgün daha da pisləşən humanitar vəziyyətdən narahatıq”, deyə Sarkisyan bildirib.  

 

Sarkisyanın sözlərində görə, Ermənistan hakimiyyəti Suroya ermənilərinin problemlərini daim diqqət mərkəzində saxlayır: “Hələb şəhərində xarici ölkələrinin diplomatik nümayəndələrindən yalnız Ermənistanın baş konsulluğunun və paytaxt Dəməşqdə Ermənistan səfirliyinin  indiyədək  fəaliyyət göstərməsi buna sübutdur”.

 

Ermənistan prezidenti çıxışında böhran başlayandan Suriyadan ölkəyə 16 min erməninin gəldiyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 353

Oxşar yazılar