СAR-da iki yol qəzasında 47 nəfər öldü
30 avqust 2015 01:24 (UTC +04:00)

СAR-da iki yol qəzasında 47 nəfər öldü

0

Avqustun 29-da Cənubi Afrika Respublikasında (CAR), İstern Keyp əyalətində bir-birinin ardınca iki ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 47 nəfər həyatını itirib.

 

Məlumata əsasən, əvvəl sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 4-ü uşaq olmaqla 35 nəfər ölüb. Bir qədər sonra isə mikroavtobus qəza törədib, 12 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

 

Polis qəzaların başvermə səbəblərini araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 353

Oxşar yazılar