Sankt-Peterburqda Azərbaycan vətəndaşının meyiti tapılıb.
Lent.az-ın "Report"a istinadən məlumatına görə, 27 yaşlı azərbaycanlının cəsədi qum karxanasına gedən yolda şlaqbaumun yanında aşkarlanıb.
Meyit ölümün səbəblərinin araşdırılması üçün morqa göndərilib.
İlkin məlumata görə, cəsədin müayinəsi zamanı sol gözdə hematoma olduğu aşkarlanıb. Hadisə yerində isə sənədlər, içində qonur rəngli maye olan şpris və qadın sırğası tapılıb.