Sanksiyalardan sonra İran: Yeni dövrün başlanğıcı
Vüqar Məsimoğlu - aparıcı
Fuad Çıraqov - Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi
"Dünya bazarında neftin qiymətinin düşməsinin səbəbi təkcə İranla bağlı deyil"
"Ekspertlərin hesablamalarına görə, neft bazarında gündəlik təklif tələbatdan təxminən 1 milyon barel artıqdır"
"Sanksiyalar dövründə İran neftsiz yaşamağı öyrəndi və qeyri-neft sektorunu inkişaf etdirdi"
"Qərb ekspertlərinin hesablamalarına görə, dünyanın aparıcı şirkətlərində çalışan əslən İrandan olan iş adamlarının, elm adamlarının geri qayıtması, ölkənin illik ümumi daxili məhsulun həcmini 50 milyard dollar artmasına imkan verər"
"Problemə ən skeptik yanaşan Henri Kissincerin fikrincə, İranla ABŞ-ın bölgədə fundamental maraqları üst-üstə düşür"
"Qərb görürdü ki, nüvə məsələsi ilə bağlı sanksiyalar İran cəmiyyətini daha da möhkəmləndirir"
"Hansısa məsələlərdə razılaşmalar olsa da, nə qədər ki bölgədə antiamerikanizm ideologiyası mövcuddur, münasibətlərdə gərginlik olacaq"
"İranda artıq şah dövrünün feodal institutlarını görməyən, yaxşı təhsil almış açıq fikirli nəsil formalaşıb"
"Ruhani hökumətinin tərkibində Qərbdə yüksək təhsil almış kadrlar var"
"İstər İsraildə, istərsə də ABŞ-da İranla münasibətlərin yumşalmasını və Obamanın siyasətini dəstəkləyən yəhudi qruplar çoxdur"