ABŞ-ın ikinci yaşıl şəhəri San-Fransisko ciddi şəkildə birinci yerə çıxmaq istəyir.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, şəhər hakimiyyət 600 ml və daha kiçik həcmli plastik qablar içkilərin satılmasını qadağan etməyə hazırlaşır.
Əgər qanun layihəsi qəbul edilərsə, onda bu ilin payızından ictimai tədbirlər, küçələrdə, ictimai yerlərdə, kiçik plastik qablarda içkilərin satışına icazə verilməyəcək. 2016-cı ildən isə şəhər üzrə ictimai tədbirlər zamanı belə qablaşdırma qadağan ediləcək.
Mənbə bildirib ki, bu tədbir bir neçə problemi həll edəcək: neft məhsullarına qənaət olunacaq, zərərli tullantıları azaldacaq və yavaş – yavaş zibil azalacaq.
Plastik qablaşdırmanın yasaqlanması ilə bağlı ilk hadisə deyil. 2013-cü ildən Massaçusets ştatının Konkord şəhəri içkilərin plastik butulkalarda satışını tamamilə qadağan edib.