İraqın Samarra şəhər şurasının binasına basqın nəticəsində azı 5 nəfər həlak olub, daha 47 nəfər yaralanıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, martın 4-də Samarra şəhər şurası yaraqlılar tərəfindən ələ keçirilmişdi. Binaya polislərin həmləsi başlayan zamanı bir nəfər intihar edərək, özünü partladıb.
Bu partlayış nəticəsində isə yaralananların arasında şəhər şurası başçısının müavini Əmmar Əhməd də var.