Böyük Britaniya şahzadəsi Harri Avstraliya ordusunda qulluq etməyə hazırlaşır.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu arada o media və fanatları ilə də görüşməyə vaxt tapır. Avstraliyada onu qarşılayan sevənləri ilə səmimi şəkildə görüşən şahzadə onlarla söhbət edib. Görüşün maraqlı tərəflərindən biri də sarışın bir uşağın "sarışınlar birincidir" yazdığı şüar olub. Lakin Harri onlarla selfi çəkdirməkdən imtina edib.
Jurnalistlərə açıqlamasında o, bunu belə izah edib:
"Selfi çəkdirməyə nifrət edirəm. Həqiqətən, siz də bunu tərgitməlisiniz. Bu vaxt itkisidir. Başa düşürəm, gəncsiniz, amma selfi çox pis vərdişdir".
Harri kral ailəsinin selfidən nifrət edən yeganə üzvü deyil. Bir müddət əvvəl kraliça II Yelizavet və oğlu şahzadə Endryu da "selfie" çəkdirməkdən imtina ediblər.
Şahzadəsi Harri: "Selfi çəkdirməyə nifrət edirəm"
147