Şahzadənin şərəfinə ana südündən dondurma
26 aprel 2015 04:11 (UTC +04:00)

Şahzadənin şərəfinə ana südündən dondurma

2011-ci ildə İngiltərədə satışa çıxarılan və böyük səs-küyə səbəb olan insan südündən hazırlanan dondurma şahzadə Keyt Middltonun ikinci övladını dünyaya gətirmə ərəfəsində onun şərəfinə yenidən gündəmə gəlib.

Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, dondurmanı hazırlayan şirkətin nümayəndəsi Viktoriya Hiley açıqlamasında bunu etmələrinin səbəbindən danışıb:

"Bununla valideynlərə körpəyə süd verməyin faydalarını, ana südünün hər yaşda ləzzətli olduğunu çatdırmaq istədik".

Dondurma üçün gətirilən ana südü xəstəxanada yoxlanılır, Madaqaskar vanili ilə qarışdırılır. Onun satışından əldə edilən gəlir ana südünün faydalarının təbliği məşğul olan dərnəyə bağışlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163

Oxşar yazılar