Böyük Britaniya şahzadəsi Uilyam və onun həyat yoldaşı Keyt Мiddlton ikinci uşaqlarını gözləyir. Lent.az-ın xəbərinə görə, bu barədə “Frans-Press” agentliyi Bukinhem sarayı istinadən xəbər yayıb.
Kembric hersoqinyası Keyt Мiddlton ilk övladını 2013-cü il iyulun 22-də Londondakı Müqəddəs Məryəm xəstəxanasında dünyaya gətirib.
Şahzadə Uilyam və Keyt Мiddlton 2011-ci il aprelin 29-da Londonda Vestminster abbatlığında evləniblər.