Şagirdlərin öldürüldüyü ərazidə məzarlıq aşkarlandı
06 oktyabr 2014 10:59 (UTC +04:00)

Şagirdlərin öldürüldüyü ərazidə məzarlıq aşkarlandı

Meksikanın paytaxtından 200 km cənubda məzarlıq aşkarlanıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məzarların tapıldığı Querrero ştatında bir həftə əvvəl polis və bir qrup məktəbli arasında qarşıdurma olub. Həmin məzarlıqda da qarşıdurma nəticəsində ölən şəxslərin basdırıldığı ehtimal edilir.

Qeyd edək ki, həmin hadisələrdən sonra 43 şagird yoxa çıxmışdı. Digər 6 şagirdin isə meyiti tapılaraq ailələrinə verilmişdi. 

Onu da qeyd edək ki, sentyabrın 27-də Querrero ştatında bir qrup məktəbli aksiya keçirib və məktəb avtobusunu qaçırmıışdı. Polisin həmin avtobusu atəşə tutması nəticəsində xeyli şagird ölmüşdü. Tapılmış məzarlıqda basdırılanlar arasında həmin şagirdlərin də olması ehtimal edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1380

Oxşar yazılar