Sabiq nazir öldü
14 noyabr 2014 11:00 (UTC +04:00)

Sabiq nazir öldü

0
Gürcüstanın sabiq iqtisadiyyat naziri, tanınmış iqtisadçı Kaxa Bendukidze vəfat edib.

 

APA-nın “Rustavi-2” telekanalına istinadən verdiyi xəbərə görə, K. Bendukidze 59 yaşında ürək tutmasından keçinib.  

 

Qeyd edək ki, K. Bendukidze 2004-cü ilə qədər Rusiyada sahibkarlıqla məşğul olub. Sonra Mixail Saakaşvili tərəfindən Gürcüstanın iqtisadiyyat naziri təyin edilib və ölkədə radikal iqtisadi islahatların müəllifi olub. O, 2014-cü ilin mayından Ukrayna prezidenti Petro Poroşenkonun dəvəti ilə Ukrayna hökuməti yanında iqtisadi və məsləhət şurasının üzvü kimi çalışıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1136

Oxşar yazılar