Çində Tyançzin şəhər məhkəməsi sabiq Təhlükəsizlik nazirinin müavini Li Dünşeni korrupsiyada ittiham edərək 15 il azadlıqdan məhrum edib.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, keçmiş nazir müavini bir sıra cinayətlərdə, o cümlədən 3,5 milyon dolları mənimsəməkdə və 1996-2013-cü illərdə vəzifəsindən sui-istifadədə təqsirli bilinib.
Li Dünşenin sabiq Təhlükəsizlik naziri Çjou Yunkanla əlaqəli olduğu bildirilir. Qeyd edək ki, ötən ilin yayında korrupsiya ittihamları ilə məhkəmə qarşısına çıxarılan nazirə ömürlük həbs cəzası kəsilib.