Sabah Parisdə dünya liderlərinin iştirakı ilə birlik marşı keçiriləcək
10 yanvar 2015 17:14 (UTC +04:00)

Sabah Parisdə dünya liderlərinin iştirakı ilə birlik marşı keçiriləcək

Sabah Parisdə dünya liderlərinin iştirakı ilə birlik marşı keçiriləcək.

 

APA-nın Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə Rusiyanı xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

 

Birlik marşında həmçinin Türkiyə baş naziri Əhməd Davudoğlu, Ukrayna prezidenti Pyotr Poroşenko, Böyük Britaniya baş naziri Devid Kemeron və İtaliya baş naziri Matteo Renzi iştirak edəcəklər.

 

Qeyd edək ki, “Respublika marşı” bu ilin yanvarın 7-9-da Fransada baş vermiş terror aktları qurbanlarının xatirəsinə həsr olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 376

Oxşar yazılar